AZ

Azərbaycanda qızına və ögey bacısına təcavüz edən ata AĞIR CƏZA aldı

Azərbaycanda rayonların birində 15 yaşlı doğma qızı və onun 13 yaşlı ögey bacısına təcavüz edən 50 yaşlı Fərhad Rizvanovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
 
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, dəhşətli hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
 
Hökmə əsasən, iki yeniyetməyə qarşı əxlaqsızlıq edən ailə başçısı 18 il müddətinə azadlıqdan məhrum edilib.
 
Tükürpərdən hadisə zamanı Fərhad Rizvanov hər iki yeniyetməni ölümlə hədələyərək öz çirkin əməlinə məcbur edib. Fərhad Rizvanov hətta bir yeniyetməyə təcavüz edərkən digərindən onları izləməsini, əks halda öldürəcəyini bildirib. Doğma qızı Fərhada ata olduğunu xatırladıb əxlaqsız hərəkətlərinə son qoymasını tələb edərək müqavimət göstərməyə çalışsa da, valideyni ona zor tətbiq edib.
 
O da məlum olub ki, Fərhad yeniyetmələrdən evdə olan zaman makiyaj edib bəzənmələrini tələb edib.
 
Cinayət hadisəsinin üstü isə Rizvanın ögey bacısının polisə 2025-ci ilin yanvarında ərizə yazmasından sonra açılıb.
 
Qeyd edək ki, Fərhad Rizvanov Cinayət Məcəlləsinin 149.2-1.1, 150.2.5, 150.2-1.1, 153.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərində təqsirli bilinib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
Seçilən
51
2
moderator.az

3Mənbələr