Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Əvvəla qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr tarixli “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərmanı bir sıra mühüm məqamlarla diqqət çəkir. Bu məqamlardan birincisi ondan ibarətdir ki, Azərbaycan dövləti və şəxsən Prezident qeyri-hökumət təşkilatlarına, ölkənin vətəndaş cəmiyyəti institutlarına dövlət siyasətində mühüm əhəmiyyət verildiyini, bu sahənin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bir daha açıq şəkildə nümayiş etdirdi. Eyni zamanda, vətəndaş cəmiyyətinə dəstəyin daha da gücləndirilməsinin dövlətin prioritetləri sırasında yer aldığı bir daha təsdiqləndi”.
Bunu xalqcebhesi.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
Onun sözlərinə görə, bəhs edilən Fərmanla bağlı ikinci mühüm məqam da var: “Fikrimcə, ikinci məqam ondan ibarətdir ki, Azərbaycan dövləti, cənab Prezident İlham Əliyev QHT sektorunun son illərdəki fəaliyyətini, xüsusilə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından sonra görülən işləri dövlətin apardığı siyasətə uyğun və səmərəli fəaliyyət kimi dəyərləndirmişdir. Yəni, hesab edirəm ki, sözügedən Fərman əslində Agentliyə, onun icraçı direktoruna və formalaşmış peşəkar komandasına verilən növbəti yüksək dəyərin və ali etimadın göstəricisidir”.
Nadir Azəri deyib ki, Fərman eyni zamanda dövlətçilik mövqeyindən çıxış edən, milli maraqları hər zaman birmənalı şəkildə müdafiə edən, şəffaflıq və hesabatlılıq prinsiplərinə əməl edən QHT Agentliyinin üzərinə yeni və daha məsuliyyətli vəzifələr qoyur:
“Bu vəzifələrdən birincisi ondan ibarətdir ki, Agentliyin qrantvermə prosesində şəffaflıq və hesabatlılıq baxımında əldə etdiyi uğurları artıq QHT-lərə qrant verən digər qurumlara da transfer ediməli, bu sahədə müsbət təcrübənin geniş yayılmasına töhfə verilməlidir. Yəni, kimsəyə sirr deyil ki, ötən 10 illik dövr dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizminin özünü tam doğrultmadığını nümayiş etdirdi. Məhz buna görə də yeni addımların atılması qaçılmaz idi və dövlət başçısının müvafiq Fərmanından irəli gələrək, bundan sonra QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək. İndiyə kimi QHT-lərə qrnat verən dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək.
Göründüyü kimi burada mərkəz rolunu məhz QHT Agentliyi icra edəcək ki, bu da Agentliyə dövlətin, şəxsən Preizdent İlham Əliyevin yüksək etimadının bariz nümunəsidir”.
CASCFEN sədrinin sözlərinə görə, ikinci əsas vəzifə isə Azərbaycan qeyri-hökumət təşkilatları ilə bağlı qanunvericilik bazasında əsaslı və sistemli dəyişikliklərin həyata keçirilməsi ilə bağlıdır:
“Agentliyin İcraçı direktoru Aygün Əliyevanın da qeyd etdiyi kimi, 2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, 6 ay ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq. Bütün dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edəcək. Hesab edirəm ki, bu günə qədər qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gələn Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, onun rəhbərliyi və məhsuldar komandası bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək və Prezidentin sözügedən Fərmanından irəli gələn məsələlərin qısa müddətdə reallaşması üçün zəruri addımlar atacaqdır. Bizlərə gəlincə, şəxsən rəhbərlik etdiyim “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi QHT sektorunun bir parçası olaraq bundan sonra da üzərimizə düşəcək bütün işləri məmnuniyyətlə icra etməyə hazırdır. Eyni zamanda, QHT-lərlə bağlı qanunvericilik bazasının yenilənməsi istiqamətində atılan addımlara dəstək məqsədilə, cari ilin ilk üç rübü ərzində öz təklif və fikirlərimizi hazırlayaraq müvafiq qurumlara təqdim edəcəyik.
Sonda isə bir QHT rəhbəri olaraq bu mühüm Fərmana görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirir, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyini və komandasını isə onlara göstərilən bu yüksək etimada görə səmimi-qəlbdən təbrik edirəm”.
Cavid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.