AZ

İşdən çıxarılan başçı özəl şirkətlərdən pul yığırmış? -

Ötən ay Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan İbrahimovun işdən çıxarılması haqda bəzi detallar məlum olub.

 

“Unikal” xəbər verir ki, E.İbrahimov özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib.

 

Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.

 

Sayt qeyd edir ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.

Seçilən
15
1
senzor.az

2Mənbələr