AZ

Yazar Etibar Həsənzadə “İlin Uğuru” mükafatına layiq görüldü - FOTOLAR

Caspian Events Groupun təşkilatçılığı ilə keçirilən və 2026-cı ilin yekunlarına həsr olunmuş “İlin Uğuru” Awards layihəsi uğurla baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə müxtəlif sahələrdə peşəkar fəaliyyəti və ardıcıl nailiyyətləri ilə seçilən şəxslər təltif olunub. Onlardan biri də yazar Etibar Həsənzadə olub. O, “İlin Uğuru” mükafatına layiq görülməsi barədə məlumatı öz rəsmi sosial media hesablarında paylaşıb. Tədbir çərçivəsində Etibar Həsənzadə dostları Elşən Gəncəvi və Tural Ələkbərova “Zəfərlərə Doğru” adlı kitabını hədiyyə edib. Mükafatlandırma gecəsində kitab haqqında danışan dostları müəllifi təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi uğurlu şəxsləri bir araya gətirmək, təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar üçün imkan yaratmaqdır. Tədbirin sonunda iştirakçılara Caspian Events Group tərəfindən mükafatlar və təşəkkürnamələr təqdim olunub.

Seçilən
389
qht.az

1Mənbələr