AZ

Estoniya və Azərbaycan dəmir yolu sahəsində yükdaşımaların genişləndirilməsi üçün potensial görür (ÖZƏL)

Bakı. Trend:

Estoniya və Azərbaycan dəmir yolu sahəsində yükdaşımalarınınartırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi üçünpotensialın mövcud olduğunu düşünür.

Bu barədə Trend-ə müsahibəsində Estoniya Dəmir Yollarının (ASEesti Raudtee) kommersiya direktoru Artur Rayxman bildirib.

Onun sözlərinə görə, hazırda Estoniya ilə Azərbaycan arasındadəmir yolu əməkdaşlığı kifayət qədər məhduddur. “Yükdaşımalarınhəcmi azdır – ümumi dövriyyənin təxminən 1 faizini təşkil edir vəəsas axınlar Azərbaycandan Estoniyaya doğru yönəlib. Biz buvəziyyəti dəyişmək, əks istiqamətdə daşımalar üçün imkanlarımüəyyənləşdirmək və ümumi yük axınının həcmini əhəmiyyətli dərəcədəartırmaq niyyətindəyik. Estoniya informasiya texnologiyalarısahəsindəki təcrübəsini təqdim edib ki, bu da əməkdaşlıq üçünperspektivli istiqamət kimi dəyərləndirilir. Rəqəmsal tərəfdaşlıqüçün konkret başlanğıc nöqtəsi mövcud yükdaşımalarla bağlıməlumatların rəqəmsal mübadiləsinin tətbiqi, daha sonra isə yükvaqonlarının hərəkəti barədə real vaxt rejimində informasiyamübadiləsi ola bilər”, - deyə A.Rayxman qeyd edib.

O əlavə edib ki, Estoniyanın Orta Dəhlizə mümkün inteqrasiyasımüzakirə olunsa da, hələlik bu marşrutdan istifadə edən konkretnəqliyyat layihələri mövcud deyil.

A.Rayxmanın sözlərinə görə, hazırda bu istiqamətdə müvafiqlayihələrin hazırlanması üzrə fəal iş aparılır.

Seçilən
37
1
az.trend.az

2Mənbələr