ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Türkiyə ilə düşmənçilik edən qüvvələr yenidən hərəkətə keçiblər. İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Cənubi Kiprin lideri Nikos Xristodulidis Qərbi Qüdsdə keçirilən üçtərəfli zirvə çərçivəsində bir araya gəliblər. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında regional təhlükəsizlik, Şərqi Aralıq dənizində əməkdaşlıq və mövcud geosiyasi çağırışlar müzakirə olunub.Türkiyənin siyasi-iqtisadi gücünə qarşı bəzi ölkələrin siyasi "ittifaq" fəaliyyətlərinə Azərbaycanın mövqeyi necə olacaq?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrail Cənubi Kipr Rum rəhbərliyi, həmçinin Yunanıstanla birgə Türkiyəyə qarşı yeni bir ittifaq qururlar, ancaq bu ittifaq elə Yunanıstanın, həmçinin İsrailin öz əleyhinə işləyəcək. Politoloqun fikrincə, bu ittifaq xüsusilə Aralıq dənizi periferiyasında qaz yataqlarının işlənməsi ilə bağlıdır: “Türkiyənin Suriyada artan nüfuzu İsraili "narahat" edən siyasi faktordur. İsrailin hərbi-siyasi kabineti Türkiyə ilə düşmənçilik siyasəti aparır. Türkiyə bütün məsələlərdə - Qəzza məsələsində, Fələstin məsələsində daima beynəlxalq hüquq çərçivəsindən çıxış edir. Amma görürük ki, İsrail Türkiyəyə qarşı daha çox aqressiya istifadə edərək, Suriyanın şimal şərqində YPG kürd terrorçularını dəstəkləyir və onların Suriyanın silahlı qüvvələrinə inteqrasiyasının qarşısını alır. Yəni bir növ Türkiyəyə qarşı düşmənçilik ittifaqı yaradılıb”.
Məhəmməd Əsədullazadə
Məhəmməd Əsədullazadə hesab edir ki, bu ittifaqın fəaliyyəti müsbət nəticə verməyəcək, çünki Türkiyə belə vəziyyətləri çox görüb.
“Növbəti mərhələdə bir neçə aydan sonra İsrail-Türkiyə əlaqələri normallaşacaq. İsrail Türkiyəyə qarşı mövcud vəziyyəti süni şəkildə yaradır”-deyə politoloq qeyd edib.
Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan-Türkiyə iki qardaşdır, strateji müttəfiqdir və bu məsələdə də Azərbaycan Türkiyənin yanındadır.
“İsrailə məsləhət olunmalıdır ki, Türkiyəyə qarşı "əks" siyasətinə son qoysun. Əgər İsrail Türkiyənin Qəzzza ilə bağlı siyasətinə qarşı belə davranırsa, Qəzza ilə bağlı demək olar ki, dünya İsrailə qarşıdır.
Yaxın Şərqdə İsrail kiçik bir ölkədir, xüsusilə ABŞ-dən asılı olan bir ölkədir. Türkiyə ilə ümumiyyətlə baş-başa gələcək hər hansı bir hərbi gücü yoxdur. 12 günlük İsrail-İran müharibəsi 20 gün və yaxud bir aya yaxın davam etsəydi, İran raketləri İsrailin infrastrukturunu tamamilə dağıdacaqdı və ölkəni tamamilə iflic edəcəkdi”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.