ABŞ Müdafiə Nazirliyi "Boeing" şirkəti ilə İsrailin F-15 təyyarələri proqramı üçün 8,6 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, müqavilə çərçivəsində İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni F-15IA təyyarəsinin istehsalı və əlavə 25 ədəd üçün seçim hüququ nəzərdə tutulur.
Məlumata görə, işlərin ABŞ-nin Missuri ştatında həyata keçirilməsi və 2035-ci ilin sonunadək tamamlanması planlaşdırılır.
ABŞ uzun illərdir Yaxın Şərqdə ən yaxın müttəfiqi hesab etdiyi İsrailin əsas silah təchizatçısıdır.
Əli Hüseynov