Bakı. Trend:
Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərinyayılmasının qarşısının alınması məqsədilə AzərbaycanRespublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram vəistirahət günlərində vətəndaşları sanitar-gigiyenik qaydalaraxüsusi diqqətlə yanaşmağa çağırır.
Trend xəbərverir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xüsusilə yüksək həssaslıq qrupuna aid olanşəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı qapalıməkanlarda tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindənistifadə etmələri, əl gigiyenasına ciddi riayət etmələri tövsiyəolunur. Eyni zamanda, immun sisteminin möhkəmləndirilməsi məqsədiləgündəlik qidalanma rejiminə vitaminlərlə zəngin ərzaqların daxiledilməsi məqsədəuyğundur.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına məsuliyyətləyanaşmağa, şəxsi gigiyena qaydalarına əməl etməyə, özünü vəətrafındakıları mümkün yoluxma risklərindən qorumağa çağırır.
Unutmayaq ki, sağlamlıq hər birimizin birgə məsuliyyətidir.