AZ

Tramp İranı hədələdi - onları yerlə bir edəcəyik...


ABŞ Prezidenti Trampla İsrailin Baş naziri Netanyahu Floridada bir araya gəlib. Tramp və Netanyahu görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırıblar.

İsrailin İrana yenidən hücum etməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala cavablandıran ABŞ prezidenti İrana xəbərdarlıq edib: "Əgər İran raket proqramını inkişaf etdirməyə davam edərsə, İrana sürətli hücumu dəstəkləyərəm. Əgər onlar nüvə proqramlarını davam etdirsələr, hücum dərhal baş verməlidir".

Tramp daha sonra deyib: "Eşitdiyimə görə, İran gücünü bərpa etməyə çalışır və əgər belədirsə, biz onları məhv etməli olacağıq. Biz onları yerlə bir edəcəyik, amma ümid edirəm ki, bu baş verməz. Eşitmişəm ki, İran razılaşmaq istəyir. Əgər onlar razılaşmaq istəyirlərsə, bu, çox yaxşıdır".

TAHİR

Seçilən
17
baki-xeber.com

1Mənbələr