AZ

"İran nüvə proqramını bərpa edərsə, əlavə zərbələr endiriləcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını yenidən bərpa edəcəyi təqdirdə bu ölkəyə qarşı əlavə zərbələrin endirilə biləcəyini bəyan edib.

Missiya.Az xəbər verir ki, Tramp bu barədə Floridada İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

ABŞ Prezidenti xatırladıb ki, iyun ayında İsrailin İrana qarşı həyata keçirdiyi 12 günlük hərbi əməliyyat zamanı ABŞ-nin da prosesə qoşulması nəticəsində İslam Respublikasının bir neçə nüvə obyektinə zərbələr endirilib və uranın zənginləşdirilməsi proqramı məhv edilib.

Bununla belə, Tramp Vaşinqtonun İranın nüvə proqramını bərpa etməyə cəhd göstərdiyi barədə məlumatlar aldığını qeyd edib. “Əgər bu baş verərsə, biz onları əzməliyik… Biz onları parçalayacağıq”, – deyə ABŞ Prezidenti Financial Times nəşrinə istinadən bildirib.

Eyni zamanda, Financial Times İsrail tərəfinin İranın ballistik raket arsenalını sürətlə yenidən qurduğunu iddia etdiyini yazır. NBC telekanalı isə daha əvvəl mənbəyə istinadən İsrailin İrana qarşı yenidən zərbə endirmək niyyətində olduğunu bildirib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr