AZ

Bəşər Əsəd ailəsinin təsviri Suriya pullarından yığışdırıldı

Bakı. Trend:

Suriyada milli pul əsginaslarından 2024-cü ilin dekabr ayındandevrilmiş prezident Bəşər Əsədin ailəsinin təsviriyığışdırılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Bunun əvəzində Suriya funtunun yeni əsginaslarında ölkənin kəndtəsərrüfatını tərənnüm edən - zeytun, qızıl gül, portağal və buğdatəsvirləri əksini tapır.

Yeni dizaynlı əsginasın təqdimatında Suriya Mərkəzi Bankınınrəhbəri Əbd Əl Kadr Husriyə qeyd edib ki, ölkədə hazırda pulislahatı aparılır. İslahatda başlıca olaraq hazırkı 100 funtabərabər olan yeni valyuta vahidinin tətbiqi nəzərdə tutulur.

10-dan 500-ə qədər nominalda olan yeni funtlar yanvarın 1-dənetibarən tədavülə buraxılacaq.

Məqalədə:
Seçilən
38
1
az.trend.az

3Mənbələr