AZ

2026-cı ildə dünyanı gözləyən təhlükə: 5 müharibə ssenarisi

Başa çatmaqda olan 2025-ci il dünya tarixinə irimiqyaslı, lokal müharibələrlə yadda qalan il kimi düşəcək. İl ərzində dünyanın əksər yerlərində gərginliklər yaşandı. Bunların arasında şübhəsiz ki, İranla İsrail arasında yaşanan müharibə ilk yerdə dayanır. Bu müharibə üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini də kölgədə qoydu. 12 günlük müharibə İranın nüvə obyektlərini yerlə-yeksan etməklə yanaşı, onun hərbi qüdrətini də xeyli zəiflətdi. Müharibəyə ABŞ-nin müdaxiləsi isə son oldu.

Başa çatmaqda olan il Hindistan-Pakistan, Əfqanıstan-Pakistan, Kamboca-Tailand münaqişələrin yaşanması ilə də yadda qaldı. Rusiya-Ukrayna müharibəsinə gəldikdə, müharibə nəinki səngidi, əksinə, Avropada müharibə hazırlıqları artdı. ABŞ Prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün bir ilə yaxındır ki, səylər göstərir. Lakin hələlik konkret nəticə yoxdur. ABŞ və Aİ arasında Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları da pik həddə çatıb.

İl ərzində ancaq İsraillə HƏMAS arasındakı savaş səngiyib. Amma hələlik Qəzza bölgəsində də inkişafa doğru hər hansı bir irəliləyiş yoxdur.

Seçilən
118
publika.az

1Mənbələr