
Türkiyə təhlükəsizlik qüvvələri Ankarada 17 nəfəri İŞİD terror qruplaşmasına üzvlük şübhəsi ilə saxlayıb.
Xalqcebhesi.az TRT Haber-ə istinadən xəbər verir ki, onlar arasında 11 əcnəbi də var.
Həbs Türkiyə paytaxt prokurorluğunun qərarı əsasında həyata keçirilib. Xarici vətəndaşların vətəndaşlığı dəqiqləşdirilməyib.
Ötən bazar ertəsi Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində İŞİD-ə qarşı eyni vaxtda 108 basqın həyata keçirib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya daha əvvəl bildirib ki, şimal-qərbdəki Yalova əyalətində ekstremistlərlə atışmada üç polis əməkdaşı həlak olub, səkkiz nəfər yaralanıb, altı terrorçu isə zərərsizləşdirilib.
Məryəm Quliyeva