AZ

Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır

Azərbaycan gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına ayrılan vəsaiti artırılır.

Marja.az xəbər verir ki, 2026-cı ildə Dövlət Neft Fondunun büdcəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 92 milyon 729 min manat nəzərdə tutulur.

Dövlət Neft Fondunun 2025-ci il üzrə büdcəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 90 milyon 786 min manat nəzərdə tutulmuşdu.

 

 

Seçilən
89
2
marja.az

3Mənbələr