İspaniya millisinin və “Real”ının sabiq müdafiəçisi Serxio Ramos yenidən Avropada çıxış etməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə "Actu Foot" məlumat yayıb. 39 yaşlı futbolçunun xidmətində Fransanın “Nitsa” klubu maraqlıdır. Bildirilib ki, tərəflər arasında danışıqlar davam edir.
“Nitsa” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün Ramosu ciddi namizəd kimi dəyərləndirir. Futbolçunun özü də Avropa futboluna qayıtmaq niyyətindədir.
Qeyd edək ki, Serxio Ramosun son klubu Meksika “Monterrey”i olub. O, bu ilin dekabr ayının əvvəlində həmin klubdan ayrılıb.
Həmçinin oyunçu karyerası ərzində "Real", "Sevilya" və PSJ-nin də formasını geyinib.