AZ

"Atamın kimliyini niyə dəfələrlə soruşursunuz?"

Rəqqasə Rəqsanə İsmayılovanın "Yana" ləqəbi ilə tanınan müğənni qızı Yağmur sosial şəbəkədə izləyicilərinə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, sənətçi canlı yayım zamanı şəxsi həyatı ilə bağlı ünvanlanan suallardan narahat olduğunu bildirib. Yağmur qeyd edib ki, bioloji ata anlayışı hər zaman əsas meyar olmamalıdır:

"Ata odur ki, səni böyüdür, tərbiyə verir, əziyyətini çəkir. Əsl ata olmaq da budur".

O, atasının kimliyi ilə bağlı sualların davamlı verilməsinə etiraz edərək bu mövzuda danışmaq istəmədiyini vurğulayıb:

"Niyə atamın kimliyini dəfələrlə soruşursunuz? Bəlkə mən bu suala cavab vermək istəmirəm? Niyə şəxsi həyatım barədə hər kəsə hesabat verməliyəm?"

Yağmur həmçinin bəzi izləyicilərin münasibətinə ironiya ilə yanaşaraq əlavə edib:

"Əgər sizin üçün önəmsiz biriyəmsə, alim və ya professor deyiləmsə, niyə açdığım canlı yayıma girib məni izləyir, suallar verirsiniz?"

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Seçilən
20
2
milli.az

3Mənbələr