AZ

Yeni il süfrəsində hansı içkilər faydalıdır?

Qastroenteroloq Yevgeni Beloуsov Yeni il süfrəsini daha rahat keçirmək üçün hansı içkilərin faydalı olduğunu qeyd edib.

Redaktor.az xəbər verir ki, həkim tövsiyələrini gazeta.ru ilə söhbətində bölüşüb.

Beloуsov ilk növbədə təzə sıxılmış tərəvəz və qarışıq şirələri içməyi məsləhət görüb. Məsələn, yerkökü, xiyar, alma, laym və zəncəfil qarışığından hazırlanmış şirələr faydalıdır. Lakin həkim qeyd edib ki, bu içkiləri ac qarına içmək düzgün deyil.

Eyni zamanda, Beloусов təbii limonad və hazır şirələrdən uzaq durmağı tövsiyə edib. Həkim izah edib ki, bu içkilərdə çox miqdarda şəkər var və bu, sağlamlığa mənfi təsir göstərə bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
59
redaktor.az

1Mənbələr