AZ

Ramos Avropaya qayıtmağa yaxındır

Bakı. Trend:

İspaniya millisinin və “Real”ının sabiq müdafiəçisi Serxio Ramosyenidən Avropada çıxış etməyə yaxındır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçunun xidmətindəFransanın “Nitsa” klubu maraqlıdır. Bildirilib ki, tərəflərarasında danışıqlar davam edir.

“Nitsa” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək üçün Ramosuciddi namizəd kimi dəyərləndirir. Futbolçunun özü də Avropafutboluna qayıtmaq niyyətindədir.

Qeyd edək ki, Serxio Ramosun son klubu Meksika “Monterrey”iolub. O, bu ilin dekabr ayının əvvəlində həmin klubdan ayrılıb.

Həmçinin oyunçu karyerası ərzində "Real", "Sevilya" və PSJ-nində formasını geyinib.

Seçilən
96
21
az.trend.az

10Mənbələr