Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.
"Unikal" xəbər verir ki, dünən Yalovada baş verən qarşıdurmada 3 polis məmurunun şəhid olmasından sonra bu gün yeni basqınlar həyata keçirilib.
Belə ki, hüquq-mühafizə orqanları İstanbulda aparılan istintaq çərçivəsində üç vilayətdə 114 ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirilib. Gecə saatlarında başlayan reydlərdə 110 şübhəli saxlanılıb. 5 şübhəlinin tutulması üçün səylər davam etdirilir.
Gülayə Mecid