İŞİD terror təşkilatını hədəf alan əməliyyatlar İstanbul və Ankarada həyata keçirilib.
Əməliyyatlarda ümumilikdə 127 şübhəli saxlanılıb. Şübhəlilərin Yalovadakı hücumu törədənlərlə əlaqəli olduqları öyrənilib.
Türkiyə təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı əməliyyatlarını fasiləsiz davam etdirir.
Dünən Yalovada baş verən və 3 polis məmurunun şəhid olduğu hücumdan sonra bu gün yeni basqınlar həyata keçirilib.
İstanbulda aparılan araşdırmalarda 110 şübhəli saxlanılıb.
İstanbul Baş Prokurorluğu əməliyyatla bağlı açıqlama yayıb.
Saxlanılanlardan 41-nin Yalovadakı hücumla əlaqəli olduğu öyrənilib.
Məlumatda qeyd olunub ki, bu şəxslərin Yeni il günü oxşar hücuma cəhd edə biləcəyinə dair məlumatlar var.
Ankara Baş Prokurorluğu, Terror Cinayətləri İstintaq Bürosu, İŞİD silahlı terror təşkilatının üzvlərini hədəf alan əməliyyatı gerçəkləşib.
Müsadirə edilmiş rəqəmsal materialların araşdırılmasından sonra, münaqişə zonaları ilə əlaqələri və təşkilata üzvlüyü müəyyən edilmiş 11 xarici vətəndaş və 6-sı Türkiyə vətəndaşı olan 17 şübhəli haqqında həbs qərarı verilib.
QAZİLER.AZ