futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycan Premyer Liqasında 16 turdan sonra səfərdə ən yaxşı nəticə göstərən klub “Sabah”dır.
Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” 8 görüşdə 6 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfər matçlarında məğlubiyyət yaşamayan yeganə komandadır. “Sabah” bu matçlarda 18 qol vurub, 6-nı buraxıb. Komandanın səfərdən qazancı 20 xaldır.
İkinci sırada “Turan Tovuz” qərarlaşıb. Kurban Berdıyevin yetirmələri qonaq kimi meydana çıxdığı 8 görüşdə 5 qələbə qazanıb, 2 heç-heçə edib, 1 dəfə uduzub. Komanda bu matçlarda 10 qol vurub, 4-nü buraxıb. Tovuzluların səfər görüşlərindən qazancı 17 xaldır.
“Üçlüy”ü “Qarabağ” tamamlayır. “Atlılar” 7 görüşdə 5 qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 1 dəfə uduzub. 17 qol vuran “Qarabağ” 7-ni buraxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin xal qazancı 16-dır.
Səfərdə qələbə qazana bilməyən yeganə komanda “Qəbələ”dir. Kaxaber Sxadadzenin yetirmələri 8 matçda 6 dəfə uduzub, 2 dəfə heç-heçə edib. Qol nisbəti 4-ün 11-ədir. “Qəbələ” səfər görüşlərində cəmi iki xal qazanıb.
Premyer Liqada 16 turda səfərdə qazanılan xallar:
1. Sabah – 20 xal
2. Turan Tovuz – 17 xal
3. Qarabağ – 16 xal
4. Sumqayıt – 14 xal
5. İmişli – 13 xal
6. Neftçi – 12 xal
7. Zirə – 11 xal
8. Şamaxı – 10 xal
9. Araz-Naxçıvan – 9 xal
10. Kəpəz – 6 xal
11. Karvan-Yevlax – 5 xal
12. Qəbələ – 2 xal.
Şahin Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.