Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar ərəfəsində açıqlama verərək, Tehranın raket və nüvə proqramı üzrə fəaliyyətini davam etdirəcəyi təqdirdə İsrailin İrana yeni zərbələr endirməsini dəstəkləməyə hazır olduğunu bildirib.
"Eşidirəm ki, İran nüvə proqramını bərpa etməyə çalışır. Əgər bunu etsələr, biz onu məhv etməli olacağıq. Ümid edirəm ki, buna ehtiyac qalmaz", - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, İranın silahlanma sahəsində atacağı növbəti addımlar yeni hücumlar üçün əsas ola bilər.
Məlumata görə, İsrail tərəfi İrana mümkün təkrar zərbələrin ssenariləri barədə ABŞ-ni məlumatlandırmağı planlaşdırır. Təl-Əvivdə Tehranın iyun ayında ABŞ zərbələri nəticəsində zədələnmiş uranın zənginləşdirilməsi obyektlərini bərpa etməsindən, eləcə də ballistik raket istehsalını və hava hücumundan müdafiə sistemlərini yenidən qurmaq cəhdlərindən ciddi narahatlıq ifadə olunur.