AZ

"Asan İmza" Azərbaycana hər il ÜDM-in təxminən 2 faizi həcmində vəsaitə qənaət etməyə imkan verir - AİB

Bakı. Trend:

Azərbaycanın mobil elektron identifikasiya üzrə milli sistemiolan "Asan İmza" hər il təxminən ÜDM-in 2%-i həcmində vəsaitəqənaət etməyə imkan verir.

Trend bu barədəAsiya İnkişaf Bankının (AİB) hesabatına istinadən məlumatverir.

AİB-in hesabatına görə, "Asan İmza" maliyyə institutlarına,mobil operatorlara və dövlət orqanlarına istifadəçilərinşəxsiyyətini rəqəmsal formatda təsdiqləməyə, eləcə də onlaynbankçılıq da daxil olmaqla rəqəmsal xidmətlərin alınması zamanıelektron imzadan istifadə etməyə şərait yaradır.

Sistem dövlət-özəl tərəfdaşlıq modeli əsasında həyata keçirilir.Layihənin əsas iştirakçıları milli sertifikatlaşdırma orqanı kimiçıxış edən ASXM Sertifikat Xidmətləri Mərkəzi, xidmət provayderi“B.EST Solutions”, “Azercell”, “Azerfon” və “Bakcell” mobiloperatorları, son istifadəçilər, həmçinin dövlət qurumları vəbanklar da daxil olmaqla xidmət təminatçılarıdır.

AİB analitikləri vurğulayırlar ki, "Asan İmza"nın tətbiqisəmərəliliyin əhəmiyyətli dərəcədə artmasına və inzibati xərclərinazalmasına səbəb olub. Belə ki, hazırda vergi bəyannamələrinin90%-i, əmək müqavilələrinin 100%-i və gömrük bəyannamələrinin100%-i onlayn qaydada rəsmiləşdirilir. Bundan əlavə, B2Bseqmentində bütün hesab-fakturalar rəqəmsal formatda tərtib olunur,şirkətlərin qeydiyyatı isə cəmi beş dəqiqə çəkir.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın bütün iribankları müştərilərin identifikasiyası üçün "Asan İmza"dan istifadəedir ki, bu da KYC (müştərini tanı) və AML (çirkli pullarınyuyulmasına qarşı mübarizə) prosedurlarını xeyli sadələşdirib.

“Bunun nəticəsində Azərbaycan hökuməti hər il ÜDM-in 2%-isəviyyəsində qənaətə nail olub. İşləyən vətəndaş tərəfindənistifadə edilən hər bir rəqəmsal imza ölkəyə ildə təxminən 1 avrovə beş günədək zamana qənaət etməyə imkan verir”, – AİB-insənədində qeyd olunub.

Məlumata görə, mobil e-ID həlli ölkədə rəqəmsal və maliyyəuçurumunun azalmasına töhfə verib.

“Belə ki, vergi ödəyiciləri kompüterdən və ya internetə çıxışdanistifadə etmədən ixtisaslaşmış qaynar xətt vasitəsiləbəyannamələrini təqdim edə bilirlər. Eyni zamanda, istifadəçilərxidmət təminatçıları ilə qarşılıqlı əlaqə zamanı telefon vasitəsiləmaliyyə xidmətlərindən yararlanmaq və şəxsiyyətlərini təsdiqləməkimkanı əldə edirlər”, – deyə hesabatda bildirilir.

Məqalədə:
Seçilən
41
1
az.trend.az

2Mənbələr