AZ

SON DƏQİQƏ! Azərbaycan vətəndaşları bu ölkəyə getmək üçün viza almalı olacaqlar

Monteneqro hökuməti Azərbaycanla bağlı viza siyasətinə düzəlişlər edəcək. Həmin dəyişikliklərin 15 yanvar tarixinədək Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bildirilib ki, yeni qaydalar ölkənin Avropa İttifaqının viza siyasətinə uyğunlaşması çərçivəsində tətbiq olunur.

Qeyd edək ki, Monteneqro hazırda Avropa İttifaqına üzvlük prosesini davam etdirir və bu çərçivədə viza rejimi də daxil olmaqla, bir sıra sahələrdə qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını həyata keçirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi:

"Hazırda Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaqdır. Viza rejimi barədə bu qərar Monteneqro Hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilmişdir. Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb. Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
12
olaylar.az

10Mənbələr