AZ

Cimmi Kabo: “Bu, qayıdış deyil, diskvalifikasiyanın bitməsidir”

Fransanın sabiq futbolçusu Cimmi Kabo “Globe Soccer Awards”ın “İlin qayıdışı” mükafatını Pol Poqbaya verməsini açıq şəkildə tənqid edib.

İdman.Biz xəbər verir ki, Kabo bu qərarın real futbol hekayələrinə hörmətsizlik olduğunu bildirib və daha ağır sınaqlardan keçmiş futbolçuların görməzlikdən gəlindiyini vurğulayıb.

“Mattye Yudol dörd dəfə çarpaz bağ zədəsindən qayıdıb. Nabil Bentaleb ürəyi dayanandan səkkiz ay sonra meydançaya çıxıb və ilk oyununda həlledici qol vurub. Amma mükafatı dopinqə görə diskvalifikasiya müddətini sadəcə başa vuran birinə verdilər”, - deyə Kabo bildirib.

Sabiq futbolçuya görə, “İlin qayıdışı” anlayışı ciddi tibbi, fiziki və psixoloji mübarizədən sonra yaşıl meydanlara dönən oyunçulara aid olmalıdır və bu mükafatın indiki ünvanı anlayışın öz mahiyyətinə ziddir.

Sosial şəbəkələrdə də minlərlə azarkeş Kabo ilə eyni mövqeni bölüşür və mükafatın verilmə meyarlarının yenidən nəzərdən keçirilməsini tələb edir.

İdman.Biz
Məqalədə:
Seçilən
20
1
idman.biz

2Mənbələr