AZ

Rusiya Zəngəzur dəhlizinə görə Ermənistanı hədələdi: Bizim maraqlarımız...

Rusiya Vaşinqtonda elan edilən "Trampın Beynəlxalq Sülh və Rifah üçün Marşrutu" adlı erməni-amerikan layihəsi ətrafındakı hadisələri diqqətlə izləyir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin "Noev Kovçeq" qəzetinə verdiyi müsahibədə bildirib.

"İndiyə qədər eşitdiyimiz tək şey bu möhtəşəm addır. Bildiyimiz qədəri ilə onun tətbiqi üzrə praktiki işlər hələ başlamayıb. Mövqeyimiz bu təşəbbüs konkret forma aldıqdan sonra formalaşdırılacaq. Bundan əlavə, "Tramp Yolu" Ermənistanın AİB-ə üzvlüyünə təsir göstərə bilər, çünki respublikadan malların keçməsi, digər məsələlərlə yanaşı, Avrasiya İttifaqının qanunları ilə tənzimlənir. Bu məsələ ilə bağlı erməni tərəfdaşlarımızla əsaslı məsləhətləşmələrə hazırıq.

Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını daim müdafiə edir, xüsusən də bu sahədə irəliləyiş əvvəlcə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlərə əsaslanırdı”, - səfir deyib.

Seçilən
56
publika.az

1Mənbələr