AZ

İstanbul və Ankarada İŞİD-ə qarşı böyük əməliyyat

Türkiyə polisi İstanbul və Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

“Yeni Sabah” “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyatlar zamanı ümumilikdə 127 şübhəli saxlanılıb.

Saxlanılan şəxslərin Yalovada hücumu törədən terrorçularla əlaqəsi olduğu bildirilir.

İstanbul Respublika Prokurorluğunun açıqlamasında saxlanılanlardan 41 nəfərin dünənki hadisə ilə birbaşa əlaqəli olduğu bildirilib. Bu şəxslərin Yeni il günü oxşar terror hücumlarına cəhd göstərə biləcəklərinə dair məlumatların olduğu da qeyd edilib.

Ankarada keçirilən əməliyyatlarda isə 11-i xarici vətəndaş, 6-sı Türkiyə vətəndaşı olmaqla 17 şübhəli barədə saxlanılma qərarı verilib.

Xatırladaq ki, Yalovada dünən polis əməkdaşları tərəfindən bir evdə keçirilən əməliyyat zamanı İŞİD üzvləri polis əməkdaşlarına atəş açıb. Nəticədə 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 mühafizəçi isə yaralanıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr