Bakı. Trend:
Türkiyədə (Yalova vilayətində) bir gün əvvəl baş vermiş və poliszabitlərinin ölümü ilə nəticələnmiş silahlı toqquşmadan sonraölkənin hüquq mühafizə orqanlarının İstanbulda keçirdiyiəməliyyat-axtarış tədbirləri nəticəsində İŞİD üzvü olmaqda şübhəlibilinən 110 nəfər saxlanılıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl Ankarada 17 nəfərin oxşar ittihamlarlasaxlanıldığını, onlardan 11-nin xarici ölkə vətəndaşları olduğubildirilirdi.
İstanbul prokurorluğunun məlumatına görə, saxlanılanlardan azı41-i bazar ertəsi Yalovada polisə silahlı müqavimət göstərmiş İŞİDterrorçuları ilə əlaqəli ola bilər. Həmin çaxnaşmada 3 polis zabitişəhid olub, səkkiz nəfər yaralanıb. Silahlı toqquşmada iştirak edənaltı ekstrimist isə məhv edilmişdi.