AZ

Azərbaycanlı məşqçi İrandan dəvət aldı - Yeni ilin ilk həftəsindən sonra gedir

Azərbaycanlı məşqçi Bəhmən Həsənov 2026-cı ilin ilk ongünlüyü ərzində İrana yollanacaq.

Bunu Fanat.Az-a təcrübəli mütəxəssis özü bildirib. 

O, səfərinin məqsədini açıqlayıb: 

"İrana dərs keçməyə gedəcəyəm. Belə səfərlərim müntəzəm olur. İranın peşəkar liqalarında çalışan məşqçilər üçün seminarlar təşkil edirəm. Yanvarın 6-sı və 7-də Tehrana yola düşəcəyəm. Assisentim Zamin Əsədullayevlə birlikdə gedəcəyik. İranlıların 2000 dollar ödəyəcəyi bir həftəlik seminar ərzində həm nəzəri dərslər keçirik, həm də praktiki məqşlərimiz olur. Bundan başqa, 1000 dollara proqram satıram. 
Sonuncu belə səfərim baş tutmamışdı. Təşkilatçıların günahı üzündən gedə bilməsək də, 2000 dollarımızı almışdıq. Bu dəfə inşallah, yeni ilin ilk həftəsindən sonra gedəcəyik".

Qeyd edək ki, Bəhmən Həsənov UEFA Pro kateqoriyalı lisenziyası olan məşqçidir.

Mirağa  

Seçilən
8
1
fanat.az

2Mənbələr