AZ

Füzulinin iki kəndinin su təchizatına 5,6 milyon manat ayrıldı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərinə başlanılır.

Oxu.Az xəbər verir ki, "Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi iki kəndlə bağlı iki satınalma müsabiqəsi elan edib.

Dövlətyarlı kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi ilə bağlı layihənin ehtimal olunan dəyəri 3 milyon 2 336 manat 54 qəpik təşkil edir.

Layihə çərçivəsində diametri üç metrədək olan tunellərin mexanikləşdirilmiş lövhələrlə qazılması, D400 millimetrlik mikrotunellər üçün müxtəlif qrunt qruplarında torpaq işlərinin aparılması, qruntun ekskavator və buldozerlə qazılması, özüboşaldan avtomobillərlə 15 kilometr məsafəyə daşınması, yolun bərpası və II-III qrup qruntlarda töküntü işlərinin görülməsi nəzərdə tutulur.

Eyni zamanda, Pirəhmədli kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğularının tikintisi ilə bağlı layihənin ehtimal olunan qiyməti 2 milyon 629 min 156 manat 82 qəpikdir.

Layihə üzrə əsas işlər kanalizasiya kollektorlarının tikintisi ilə bağlıdır və bu çərçivədə I və III qrup qruntlarda ekskavatorlarla qazıntı işlərinin aparılması, bəzi hissələrdə torpağın əl ilə qazılaraq kran vasitəsilə qaldırılması, qruntun özüboşaldan avtomobillərlə beş kilometr məsafəyə daşınması və töküntü sahələrində işlərin icrası planlaşdırılır.

Elmidar Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
oxu.az

1Mənbələr