Bakı, 30 dekabr, AZƏRTAC
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda üçüncü turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, B qrupunda Anqola Misirlə qolsuz heç-heçə edib. Bu nəticədən sonra Misir adını pley-offa yazdırıb. Eyni qrupda yer alan Cənubi Afrika Respublikası Zimbabveni 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
A qrupunda Mərakeş Zambiyanı üç cavabsız qolla üstələyib və növbəti raunda adlayıb. Mali - Komor adaları oyununda qapılara qol vurulmayıb. Bununla da Mali pley-offa çıxıb.
Qeyd edək ki, hər qrupdan ilk iki yeri tutan komanda və üçüncü yeri tutan dörd ən yaxşı komanda pley-off mərhələsinə vəsiqə qazanır.