AZ

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edilib

Bakı, 30 dekabr, AZƏRTAC

Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur həbs edilib.

AZƏRTAC xəbər verir ki, keçmiş futbol funksioneri cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulmasında ittiham olunur.

E.Timurdan başqa, “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da daxil olmaqla, daha 18 nəfər barəsində həbs qərarı verilib. Əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.

Seçilən
148
50
azertag.az

10Mənbələr