AZ

Trampdan HƏMAS a xəbərdarlıq

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı malikanəsində İsrailin Baş naziri Benyamin Netanyahuyla keçirdiyi görüşdə HƏMAS-ın Qəzza sülh planının ikinci mərhələsinə keçə bilməsi üçün dərhal silahlarını təhvil verməli olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp İranın nüvə və ya ballistik raket proqramını yenidən qurmağa çalışacağı təqdirdə, yeni bir hücumun qaçılmaz olacağını vurğulayıb.

İkili görüşdən sonra verdiyi açıqlamada Tramp Qəzza sülh planı, HƏMAS-ın gələcəyi, İranın hərbi potensialı və İordan çayının qərb sahilindəki hadisələrlə bağlı fikirlərini bölüşüb.

Tramp HƏMAS-a “silahsızlanmaq üçün çox qısa bir müddət” veriləcəyini bildirərək, bu müddətin sonunda razılaşmaya əməl olunmazsa “çox ağır bədəl ödəyəcəklərini” deyib.

O, İsrailin Qəzza sülh planına “yüzdə yüz əməl etdiyini” və İranın bölgədəki təsirinin zəiflədilməsinin bu planı mümkün etdiyini qeyd edib.

İrana qarşı xəbərdarlıqlarını da təkrarlayan Tramp, Tehran rəhbərliyinin nüvə və ya ballistik raket proqramını yenidən qurmağa cəhd etməsi halında bunun “çox sürətli şəkildə məhv ediləcəyini” bildirib.

“Onların hara getdiyini, nə etdiklərini tam olaraq bilirik” deyən Tramp, İran bu istiqamətdə addımlar atmağa davam edərsə, İsrailin mümkün hərbi əməliyyatına tam dəstək verəcəklərini açıqlayıb.

HƏMAS-la bağlı Tramp bildirib ki, təşkilatın silahsızlanması Qəzzada davamlı sülhün əsas şərtidir:

“Çox qısa müddət ərzində silahsızlanmaları lazımdır. Əgər razılaşmaya əməl etməsələr, bunun bədəlini çox ağır ödəyəcəklər.” Tramp bu prosesin ABŞ tərəfindən Ağ Evin yüksək səviyyəli nümayəndələri Stiv Vitkoff və Kared Kuşner tərəfindən idarə olunacağını da əlavə edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr