AZ

Azərbaycan CAREC regionunda fintexin və kapital bazarlarının inkişafında lider mövqelərdə qərarlaşa bilər - AİB

Bakı. Trend:

Azərbaycan kapital bazarları və fintexin inkişafı üzrə CAREC(Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) ölkələrininreytinqində institusional və tənzimləyici imkanlar göstəricisinəgörə birinci, texnoloji göstərici üzrə isə Çindən sonra ikinciyerdə qərarlaşıb.

Trend bu barədəAsiya İnkişaf Bankının (AİB) hesabatına istinadən məlumatverir.

Sənəddə qeyd olunur ki, bu nəticələr Azərbaycanın fintextexnologiyaları sahəsindəki potensialına, eləcə də inkişaf etmiştənzimləyici və biznes imkanlarına söykənərək qısa müddətdə kapitalbazarlarının inkişafını sürətləndirmək iqtidarında olduğunugöstərir.

“Fintex ənənəvi kapital bazarlarının modernləşdirilməsi vəalternativ maliyyələşdirmə platformalarının tətbiqi üçün istifadəoluna bilər”, - deyə bankın hesabatında vurğulanır.

AİB analitiklərinin fikrincə, Azərbaycan texnoloji vəinstitusional göstəricilərdə əks olunan üstünlüklərindən tamşəkildə istifadə etməklə CAREC regionunda kapital bazarlarınıninkişafında aparıcı mövqe tuta bilər.

Hesabatda potensial liderlik istiqamətləri kimi regionaltənzimləyici “sandbox”un yaradılması, birgə fintex icmasınınformalaşdırılması, rəqəmsal identifikasiya üzrə tənzimləmələrinharmonizasiyası, eləcə də paylanmış reyestr texnologiyaları (DLT)və oxşar həllərdən istifadə etməklə transsərhəd ödənişlərininkişafı göstərilir.

AİB-in məlumatına görə, CAREC regionunda kapital bazarlarınıninkişafını sürətləndirmək üçün dərinləşdirilmiş regional əməkdaşlıqzəruridir.

Bankın gəldiyi qənaətə görə, bu yanaşma regional maliyyəinteqrasiyasının sürətləndirilməsi üçün optimal strategiyadır,çünki o, şirkətlərin ən səmərəli maliyyələşmə mənbələrini,investorların isə ən məhsuldar investisiya imkanlarını seçəbiləcəyi daha dərin və likvid kapital bazarlarının formalaşmasınatöhfə verir. Regional əməkdaşlıq maliyyə qloballaşması vəinteqrasiya ilə bağlı risklərin idarə olunması üçün dəvacibdir.

Hesabatda qeyd olunur ki, kapital bazarlarının inkişafı yalnızmüxtəlif sahələrdə ardıcıl və uzunmüddətli siyasi səylər şəraitindəmümkün olan mürəkkəb bir vəzifə olaraq qalır. Fintex və regionaləməkdaşlıq bu məqsədə yaxınlaşmağa kömək etsə də, struktur vəobyektiv məhdudiyyətlər səbəbindən real dəyişikliklərin daha yavaştemplə baş verəcəyi gözlənilir.

“Bu baxımdan tənzimləyici orqanlar həyata keçirilməsi bəziölkələrdə 10 ilə, ayrı-ayrı hallarda isə 20 ilə qədər vaxt aparabilən, kompleks və dəqiq strukturlaşdırılmış plana əsaslananmərhələli və strateji yanaşmaya riayət etməlidirlər”, – deyə AİB-inhesabatında bildirilir.

Məqalədə:
Seçilən
134
2
az.trend.az

3Mənbələr