AZ

Ukraynanın bu il 53 milyard dollardan çox maliyyə yardımına ehtiyacı var

Ukraynanın 2025-ci ilə qədər müttəfiqlərindən 53 milyard dollardan artıq birbaşa maliyyə yardımına ehtiyacı olduğu bildirilir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna Milli Bankının məlumatlarına əsasən Kiyevin əsas maliyyə dəstəkçiləri Avropa İttifaqına üzv dövlətlər və birliyin özü olub. Ukrayna bu mənbələrdən ümumilikdə 34 milyard dollar vəsait alıb. Bununla belə, 2025-ci ilin yanvar ayından etibarən ABŞ-dən Ukraynaya birbaşa maliyyə yardımı daxil olmayıb.

Məlumata əsasən, ötən ilin yanvarın 1-nə olan vəziyyətə görə Ukraynanın beynəlxalq ehtiyatları 43,8 milyard dollar təşkil edib. Ölkə il ərzində daxili maliyyə bazarından təxminən 2,6 milyard dollar həcmində vəsait cəlb edə bilib.

TASS qeyd edir ki, müttəfiqlərin maliyyə dəstəyi olmadan Ukraynanın büdcə kəsirini bağlamaq üçün kifayət qədər ehtiyatları mövcud deyil. Agentliyin qənaətinə görə, payızın ortalarınadək xarici yardım göstərilmədiyi təqdirdə ölkə faktiki olaraq müflis vəziyyətə düşə, hərbi qulluqçuların maaşlarını ödəmək və hərbi əməliyyatları maliyyələşdirmək imkanlarını itirə bilər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr