AZ

Nazirlik bu işlər üçün 4 milyonluq tender elan etdi

Müdafiə Nazirliyi hərbi hissələrin təmiri üçün 4 milyon manatlıq tender elan edib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələrində infrastrukturun yaxşılaşdırılması, təmir-tikinti işlərinin aparılması üçün növbəti irimiqyaslı tenderi elan edib.

Azərbaycan Ordusunun hərbi hissələri üçün inşaat materialları və əlaqədar digər malların satın alınması (LOT 5)" üzrə keçirilən müsabiqənin qiyməti 3 milyon 925 545 manat təşkil edir.

Satınalma çərçivəsində müxtəlif növ inşaat materialları, xüsusilə su və istilik sistemlərinin quraşdırılmasında istifadə olunan mallar əldə olunacaq.

Qeyd edək ki, tender 2025-ci ilin sonunda elan edilən ən böyük inşaat təchizatı müsabiqələrindən biridir.

Seçilən
9
1
modern.az

2Mənbələr