AZ

Dünya 2026-da necə olacaq? – Peru şamanlarından maraqlı PROQNOZ

Peru şamanları 2026-cı ilin proqnozunu açıqlayıb. 

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Maduro qovulacaq, İsrailin taleyi isə qaranlıqdır – Şamanlar Yaxın Şərq üçün “siqnal” ala bilməyiblər.

Məlumata görə, Perulu şamanlar ənənəvi Yeni ilqabağı toplantılarını keçirərək 2026-cı il üçün proqnozlarını veriblər.

Görücülərin iddialarına görə, ABŞ Prezidenti Donald Trampı ciddi xəstəlik gözləyir.

Venesuela lideri Nikolas Maduronun isə ölkədən qovulacağı (sürgün ediləcəyi) proqnozlaşdırılır.

Ukrayna ilə bağlı xəbərlər isə nikbindir: şamanlar müharibənin bitəcəyini və sülhün bərqərar olacağını bildiriblər.

Lakin İsraillə bağlı konkret heç nə deyilməyib. Onlar sadəcə Yaxın Şərqdə sakitlik naminə rəqs etməklə kifayətləniblər.

Görünür, bölgədəki vəziyyət o dərəcədə qəlizdir ki, hətta şamanlar belə çıxılmaz vəziyyətdə qalıblar.

Məsələyə aydınlıq gətirən şərhçilərdən biri qeyd edib ki, kainatdan hətta “dolayı siqnal” gəlməyəndə, şamanlar ümumi sülh arzuları və ya dualarla kifayətlənirlər.

Proqnoz isə yalnız “enerjinin formalaşdığı” və “nəticənin görünə bildiyi” məqamlar üçün verilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr