ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlama verib.
Editor.az xəbər verir ki, Donald Tramp bəyanatında bildirib ki, HƏMAS-ın silahı yerə qoyması üçün qısa müddəti var və bu tələb yerinə yetirilmədiyi təqdirdə qruplaşma ağır nəticələrlə üzləşəcək.
“Bir sıra nəticələrə gəldik. Yaxın Şərqdə sülhün təmin olunması istiqamətində səylərimizdə uğur qazanacağıq və sülhü qoruyacağıq. Əgər HƏMAS silahlarını təhvil verməsə, ağır bədəl ödəyəcək. Onların silahı yerə qoyması üçün çox az vaxtı var”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında problem yaranacağını düşünmədiyini də qeyd edib.
“Ərdoğanı da, Netanyahunu da dəstəkləyirəm və aralarında mənfi bir halın yaşanacağını düşünmürəm”, – deyə Tramp əlavə edib.
//Gülnarə Abasova, Editor.az