“Flamenqo” baş məşqçisi Felipe Luislə müqavilə müdətini uzadıb. Msport.az xəbər verir ki, yeni anlaşma 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.
40 yaşlı mütəxəssissin rəhbərliyi altında “Flamenqo” bu il Braziliya çempionu olub.
Komanda noyabrın 30-da finalda “Palmeyras”ı 2:1 hesabı ilə məğlub edərək Libertadores kubokunu da qazanıb.
Felipe Luis Braziliya millisinin heyətində 44 oyunda 2 qol vurub.