AZ

Göydən milyonlar YAĞDI – Qadın eyvanında XƏZİNƏ TAPDI

Moskvada qadın eyvanında qızıl və 100 milyon rubl dolu çanta tapıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dələduzların aldatdığı uşaq pulları pəncərədən kuryerə atmaq istəyərkən hədəfdən yayınıb.

Məlumata görə, Moskvada bir qadın öz eyvanında içərisində qızıl zinət əşyaları və 100 milyon rubl (təxminən 2,2 milyon manat) nağd pul olan çanta aşkar edib.

Araşdırma zamanı məlum olub ki, bu sərvət yuxarı mərtəbədə yaşayan qonşulara məxsusdur. Onların oğlu telefon fırıldaqçılarının təlimatı ilə bütün ailə dəyərlilərini toplayaraq pəncərədən aşağı atıb, lakin çanta yerə yox, aşağıdakı qonşunun eyvanına düşüb.

Bildirilir ki, son bir neçə gün ərzində dələduzlar imkanlı valideynlərin övladını psixoloji təzyiq altında saxlayıblar. Onlar uşağı qorxudaraq “əməkdaşlıq etməyə” məcbur edib və qiymətli əşyaları kuryerə ötürməyi əmr ediblər.

Çantanı tapan qonşu dərhal polisə məlumat verib. Pullar və qızıllar sahiblərinə qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr