
Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Əlimi ölkədə 90 günlük fövqəladə vəziyyət elan edən fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənədin mətni Yəmənin SABA xəbər agentliyi tərəfindən dərc edilib.
Fərmanda deyilir ki, respublikada fövqəladə vəziyyət 30 dekabr 2025-ci il, çərşənbə axşamı günü 90 gün müddətinə qüvvəyə minəcək və uzadılması mümkündür.