AZ

Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı

Tovuzda yük avtomobillərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dekabr ayı ərzində 3 yük avtomobilindən oğurluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər məhkum olunmuş, 52 yaşlı Akif Qaracayev saxlanılıb.

O, “Kamaz” markalı avtomobillərdən 2140 manat dəyərində 8 ədəd akkumulyator oğurlayaraq satıb.

Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
83
7
cebheinfo.az

8Mənbələr