AZ

Tramp Netanyahu görüşündə Azərbaycanla bağlı İLGİNC MƏQAM

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benjamin Netanyahu ilə Florida ştatında, Mar-a-Lago iqamətgahında keçirdiyi görüş zamanı Azərbaycanla bağlı diqqətçəkən bir epizod yaşanıb.Bakupost.az inshorts.com-a istinadən xəbər verir ki, görüş əsnasında Netanyahu “Azərbaycan” sözünü səsləndirərkən Tramp onun tələffüzünə reaksiya verib və sözü təkrar etdirməklə düzgün deyilişə diqqət çəkib. Trampın “Azərbaycan… yaxşıdır, bunu deyə bilmək yaxşıdır, amma bir az vaxt alır” deməsi mediada maraq doğurub.Qısa dialoq kimi görünən bu məqam Azərbaycan adının ABŞ–İsrail liderləri səviyyəsində çəkilməsi baxımından diqqətəlayiq sayılır. Azərbaycan İsrail üçün strateji tərəfdaşlardan biridir və regionda enerji, təhlükəsizlik və diplomatik balans baxımından mühüm rol oynayır. Trampın bu detal üzərində dayanması təsadüfi deyil və Azərbaycanın beynəlxalq mqyasda əhəmiyyətini əks etdirən simvolik jest kimi qiymətləndirilir.Müşahidəçilərin fikrincə, bu məqam Vaşinqton–Təl-Əviv xəttində Azərbaycan faktorunun tanındığını və adının siyasi diskursda artıq “kənar detal” kimi yox, tanış termin kimi səsləndirildiyini göstərir.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
www.bakupost.az

1Mənbələr