AZ

İsrail Boeing ilə müqavilə imzaladı: Yeni nəsil F 15 qırıcıları alır

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail Müdafiə Nazirliyi ABŞ-nin “Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcılarının alınması ilə bağlı 8,6 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.

"Yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək", - məlumatda bildirilib.

Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.

Qeyd edək ki, ABŞ uzun illərdir Yaxın Şərqdəki ən yaxın müttəfiqi kimi qiymətləndirdiyi İsrailin ən böyük silah təchizatçısı olaraq qalır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
cebheinfo.az

1Mənbələr