525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kosovada keçirilən erkən ümumi seçkilərdə hazırkı Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi Öz Müqəddəratını Təyin Etmə Hərəkatı (Vetevendosje) qalib gəlib.
525.az xəbər verir ki, Kosovo Mərkəzi Seçki Komissiyasının paylaşdığı məlumata görə, erkən ümumi seçkilərdə səslərin 99,26 faizi artıq hesablanıb.
Hazırkı nəticələrə əsasən, Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi Öz Müqəddəratını Təyin Etmə Hərəkatı (Vetevendosje) səslərin 49,30 faizini toplayıb.
21,01 faizlə Kosovo Demokratik Partiyası (PDK) ikinci, 13,68 faizlə isə Kosovo Demokratik Liqası (LDK) üçüncü pillədə qərarlaşıb.
Kosovo Demokratik Türk Partiyası (KDTP) isə səslərin cəmi 0,61 faizini toplayıb.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.