AZ

Gürcüstandan il ərzində 1300-dən çox xarici ölkə vətəndaşı deportasiya olunub

Tbilisi, 30 dekabr, AXƏRTAC

Gürcüstandan son günlər 63 xarici ölkə vətəndaş deportasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin əvvəlindən bu günədək isə Gürcüstandan 1302 nəfər xarici ölkə vətəndaşı deportasiya olunub.

Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları çıxarılıblar.

"Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi
Seçilən
59
1
azertag.az

2Mənbələr