AZ

Məşhur müğənni xərçəngdən əziyyət çəkir

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Arabesk musiqisinin sevimli adlarından biri olan Cansever xərçəngdən əziyyət çəkir.

Axşam.az xəbər verir ki, leykemiya müalicəsi aldığını açıqlayan ifaçı xəstəxana otağından pərəstişkarlarına video çəkib. Bir müddətdir kimyaterapiya alan sənətçi qəbul etdiyi güclü dərmanlar səbəbindən çətinlik çəkdiyini və bu dərmanların daim yuxululuğa səbəb olduğunu söyləyib.

 Pərəstişkarlarına dualarına görə təşəkkür edən Cansever "Hər kəsə ayrı-ayrılıqda cavab verə bilmərəm. Buna görə də bu videonu çəkmək istədim. Allah hamınızı həyatımda saxlasın. Mətbuatda eşitdiyiniz kimi, mənə leykemiya diaqnozu qoyulub. Buna görə də bu paylaşımı etmək istəyirəm. Çünki çox insan zəng edir və yazır. Hər kəsə cavab verə bilmirəm. Amma hər şey yaxşı olacaq. Almaniyadayam, həkimlərim çox yaxşıdır. Cümə günü kimyaterapiyaya başlayacağam. İnşallah, Allahın adı və dualarınızla... İnşallah, hər şey yaxşı olacaq. Hamınızı çox sevirəm, dualarınızı gözləyirəm" szölərini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
axsam.az

3Mənbələr