Türkiyənin "Fənərbağça" klubu heyətini gücləndirmək üçün "Milan"ın hücumçusu Kristofer Nkunkunu transfer siyahısına daxil edib.
Milli.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi 28 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb etməyi nəzərdən keçirir.
Bildirilir ki, "Fənərbağça" bu transfer üçün 30 milyon avro məbləğində vəsait ayırmağa hazırdır.
Xatırladaq ki, Kristofer Nkunku 2025-ci ilin yayından etibarən "Milan"ın formasını geyinir. Onun İtaliya klubu ilə mövcud müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Cari mövsümdə hücumçu bütün turnirlər üzrə 15 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hüseyn
Milli.Az