Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə sosial aksiya keçirib.
"Unikal" xəbər verir ki, rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini ziyarət ediblər. Onları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və bayram hədiyyələrini təqdim ediblər.
Görüş zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan söz açılıb.
Şəhid ailələrinin üzvləri də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.