AZ

Yekaterinburqda azərbaycanlılara qarşı façist təqiblər davam edir

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun toplandığı kafe sökülüb...

Poliqon xəbər verir ki, Yekaterinburq şəhərində Şartaş gölü sahilində, azərbaycanlı diasporunun toplandığı kafe sökülüb. Şəhər hakimiyyəti kafeni qanunsuz qeyri-ticarət təşkilatı hesab edib. Söküm xərclərinin kafe sahiblərindən məhkəmə yolu ilə tələb olunacağı bildirilir.

Rusiya mətbuatının yazdığına görə, hadisə yerində ultra-sağçı təşkilat “Rus İcması”nın fəalları da müşahidə olunub. Xatırladaq ki, bu faşist təmayüllü təşkilat Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin tərəfindən maliyyələşdirilir və himayə olunur. Putinə yaxınlığı ilə seçilən Bastrikin Rusiya hakimiyyətində faşizmə ən çox meyl edən məmur kimi tanınır.

Kafenin sahibləri, bu il yayda Yekaterinburqda saxlanma zamanı polislər tərəfindən işgəncəylə qətlə yetirilən Safarov qardaşları olub. Onlar 15–25 il əvvələ aid qətllərdə şübhəli bilinirdilər və buna görə ailənin bir çox üzvləri həbs olunub.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr